Hörmətli Auditorlar Palatasının üzvləri!
Azərbaycan Respublikası Auditorlar Palatası auditor fəaliyyətində innovasiyaların geniş tətbiqi üçün auditorların bilik və vərdişlərinin gücləndirilməsi, auditorların elektron sənəd dövriyyəsi, habelə elektron imza, informasiyanın elektron daşıyıcıda qorunub saxlanılması və s. mövzularda seminar və «dəyirmi masa»ların təşkil olunması, innovasiyalı iqtisadiyyatda uçotun təkmilləşdirilməsi, auditdə innovasiyaların tətbiqini təmin etmək üçün zəruri olan normativ-metodoloji bazanın yaradılması, blokçeyn texnologiyasında auditin aparılmasına dair metodik göstərişin hazırlanması, auditorun şəxsi kabineti sisteminin fasiləsiz fəaliyyətinin təminatı və üzvlər arasında məlumat mübadiləsi üzrə təkliflərin hazırlanması və onların nəzarətinə dair müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər hazırlayır.
Göstərilən istiqamətlərdə həyata keçirilən işləri qiymətləndirmək, auditdə innovasiyaların tətbiqi və auditorun şəxsi kabineti sisteminin təkmilləşdirilməsi üçün sizlərin fikirləri, təklifləri və tövsiyələrinizi öyrənmək üçün Sizdən xahiş edirik ki, təqdim etdiyimiz sorğunun suallarını 2 həftə ərzində aşağıdakı link vasitəsilə cavablandırasınız: