Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 31 avqust tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

  Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditor təşkilatları və sərbəst auditorların 2022-ci ilin I yarımilliyi üzrə hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə;

2. “Auditor fəaliyyətinə dair intizam tədbirlərinin icrası barədə” Əsasnamənin layihəsi haqqında;

3. Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri barədə;

4. Auditdə innovasiyalar və innovasiya tətbiq olunan müəssisələrdə audit üzrə proqram və prosedurlar barədə;

5. “Haqsız rəqabətlə mübarizədə qütb ulduzumuz” kitabının hazırlanması və nəşri barədə;

6. “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanmasının və əlaqəli tərəflərin maliyyə hesabatlarının auditinə dair Metododik Göstəriş” barədə.

  

Qalareya