2022-ci il 24 avqust tarixində Auditorlar Palatasının əməkdaşı Həsənova Adilə Teymur qızının 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Adilə Həsənovanın keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

 

  

 

 

Qalareya