E L A N
Rəqəmsallaşma sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2022-ci il 16 sentyabr tarixində “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.
Konfransın məqsədi müasir dövrün hesabatlıq və şəffaflıq çağırışları, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlığın səmərəliliyinin artırılması, vergi inzibatçılığında şəffaflığın və effektivliyin təmin olunmasında rəqəmsal texnologiyaların rolu, rəqəmsal iqtisadiyyatda süni intellektin tətbiqi məsələləri, audit xidmətlərində rəqəmsallaşma işinin tətbiq edilməsi, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, maarifləndirmə və əməkdaşlıq sayəsində müzakirələr aparmaqdan ibarətdir.
Konfransda ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sahibkarlıq qurumlarının nümayəndələri, habelə bir sıra xarici ölkələrin, peşəkar mühasibat və audit qurumlarının nümayəndələrinin iştirakı və çıxışları nəzərdə tutulmuşdur.
TƏŞKİLAT KOMİTƏSİ