Auditorlar Palatası Şurası yanında Auditor Xidmətinə dair hüquqi məsələlər üzrə komitənin sədri : Elçin Qurbanov - İnsan hüquqları və mülkiyyətçilərin hüquqlarının müdafiəsində auditor  (auditin) xidmətinin  rolu !

İnsan və vətəndaş hüquq və azadlıqları yalnız ölkə qanunvericiliyi çərçivəsində deyil,qloballaşan dünyanın ümumbəşəri dəyərlər fonunda yer alan demokratik ənənələrə sadiqlik məsələləri kimi, dövlətlər qarşısında öhədliklər yaradan beynəlxalq hüquqla tənzimlənir. Azərbaycan konstitusiyasına görə demokratik hüquqi dövlətdir. Təbii və fəlsəfi nəzəriyyəyə görə hüquqi dövlət insanların təbii hüquqlarına əsaslanan qanunların şah olduğu dövlətdir. Vətəndaşların layiqli həyat səviyyəsinin , hüquq və azadlıqlarının və demokratiyanın təmin edilməsi dövlətin konstitusiya ilə müəyyən edilmiş ali məqsədidir.  Azərbaycan  insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərə malikdir.  Avropa insan hüquqları konvensiyasının  4 noyabr 1950-ci ildə Romada "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikası  Milli  Məclisi  tərəfindən  25 dekabr 2001 –ci ildə № 236-IIQ qəbul olunmuş və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Tərəfindən imzalanmışdır. Onu da ayrıca vurğulamaq lazımdır ki, Azərbaycan  humanitar sahədə qəbul olunmuş çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuş və onların tətbiqi barədə qanunlar qəbul etmişdir. Diqqətinizə çatdırım ki,  İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Paris protokolun 1-ci maddəsi Mülkiyyətin müdafiəsinə həsr olunmuşdur.

Xatırladım ki, Mülkiyyət hüququ Azərbaycan konstitusiyasının 13 və 29–cu maddələrində onun  xüsusiyyət və xarakteristikası, həmçinin toxunulmazlığı təsbit olunmuşdur. Öz  ali hüquqi bazasını beynəlxalq hüquqa əsaslanan konstitusiyadan götürən Azərbaycan Respublikasının mülki qanuvericiliyinin əsas məqsəd və vəzifələri   mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;

fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; [2]

mülki dövriyyəni təmin etmək;

sahibkarlıq fəaliyyətini dəstəkləmək;

sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdır.

                   **************************************************

Hüquqi dövlət barədə nəzəri biliklərin ilk müəlliflərindən olan dahi alman filosofu Hegelə görə hüquq əsl azadlıqdır. Dövlət də hüquqdur , anacaq daha inkişaf etmiş  və daha məzmunlu ,şəxsiyyətin, ailənin, cəmiyyətin  hüququnu etiraf edən hüquq sistemidir. Hüquq sistemi isə həyata keçirilmiş azadlıqların şahlığıdır. Vətəndaşları azad olan cəmiyyəti  mülkiyyət hüququ azadlığı olmadan təsəvvür etmək mümkün deyil.

Mülkiyyət, onun üzərində birgə və ya təkbaşına  sahiblik , istifadə və sərəncam vermək hüququnun həyata keçirilməsi mülkiyyətin düzgün və ədalətli bölgüsünə əsaslanmalıdır. Sahibkarlıq fəaliyyəti  və sahibkar özü   də mülki hüququn subyektidir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyinin, əmlak müstəqilliyinin, müqavilələrin şərtlərində sərbəstliyin təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindəndir. Mülkiyyətçinin hüquqlarının və qanuni mənafelərinin qorunması sahibkarlıq və investisiya mühitini təşviq  təmin edən amillərdən biridir.

Bu məsələ Auditor Xidmət Haqqında Azərbaycan Respublikası Qanununun preambula məzmunlu girişində  aydın əks olunmuşdur. Auditor Xidməti haqqında Qanun mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur. Mülkiyyətçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasını, xüsusilə də ictimai əhəmiyyətli qurumların  fəaliyyətində məcburi və  könüllü auditin   hüquqi qüvvəsinə, tətbiq sahəsinə, icra tələbinə, davranış xarakterinə, tətbiq subyekti dairəsinə və müddətinə görə xüsusiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində bütün  aspektlərdən əks olunur .

Növünə görə xüsusi hüquqlara aid edilən, lakin ən geniş və məzmunlu mahiyyətə malik olan  mülki hüquqlar və bu münasibətləri  hüquqi nizama salan mülki qanunvericilikdə mülkiyyətçilərin hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində, müdafiəsində auditin və ya auditor xidmətinin rolu təkzibolunmazdır. Auditor  İxtisaslaşdırılmış spesifik və xüsusi bilik sahəsi olaraq geniş müstəvidə tətbiq olunur. Əl-əl xüsus da İctimai əhəmiyyətli qurumların mülkiyyətçilərinin və ya payçılarının onların  iştirak paylarının həcminə münasibətdə ədalətli şəkildə fayda götürmək və ya yararlanmaq kimi hüquqlarının realizasiyasında  məcburi auditin subyekti kimi mülkiyyətçilərin hüquqlarının və qanuni mənafelərinin qorunması , şəffalığın təmin edilməsi kimi  yüksək əhəmiyyət daşıyır. Doğrudur bu xidmət növünün tətbiq sahəsinin daha da genişləndirilməsinə ehtiyac var .  İnanıram ki, zaman keçdikcə  Azərbaycanda bu gənc sahə ictimai həyatın bütün sahələrində özünün müsbət tövhələrini verəcək. Diqqətinizə ərz etmək istərdim ki, Qanunvericiliyin təkmilləşdirilməsi, daha geniş və mükəmməl şəkildə münasibətlərin  hüquqi nizama salınması üçün tədbirlər görülməkdədir. Bunun üçün layihələr hazırlanır, idarə və komitələrlə birgə müzakirələr aparılıq,  auditor xidmətinin sturukturasının və mahiyyətinin hüquqa uyğunluğunun təmin edilməsi üçün dinamik fəaliyyət göstərilir , işin daha səmərəli və effektiv təşikili üçün beynəlxalq elmi praktik təcrübə mübadiləsi həyata keçirirlir.

                                                     *************

İnsan hüquqları haqqında Fransa deklarasiyasının 5-ci maddəsində deylir: Qanun cəmiyyət üçün zərərli olan hərəkətləri qadağan edir! Qanunların məqsədi cəmiyyətdə ədalət yaratmaqdır. Ədalət isə haqlının haqqını vermək , haqsızın həddini göstərməkdir. Ədalət saraylarında Mülki işlər və iqtisadi mübahisələr üzrə Məhkəmə  işlərində auditor mütəxəssislərin ixtisaslaşdırılmış bilik və təcrübəsindən geniş istifadə olunur. Bu həmçinin ibtidai istintaq aparan hüquq mühafizə orqanlarının, habelə cinayət prosesual nəzarət və rəhbərlik  səlahiyyətlini həyata keçirən prokurorluq orqanlarının mənisəmə və korrupsiya hüquqpozmalarının nəticələrinin müəyyən edilməsində istifadə olunan mühasibatlıq ekspertizası, tədqiqat və araşdırmalar fonunda müraciət olunan sahədir.  Bütün bunlar o deməkdir ki,  insan hüquqlarının tərkib hissəsi olan mülki hüquqların müdafiəsində auditor xidmətinin rolu təkzibolunmazdır. Ona görə də qloballaşan dünya ilə birlikdə ictimai həyatda yenilənən  və genişlənən sahələrə nüfuz edən bu xidmət növünün həm keyfiyyət amili baxımından, həm də qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından işlər intensiv olaraq həyata keçirilir. Azərbaycan Respublikasında auditor xidmətini tənzimləyən və öz yuridiksiyası çərçivəsində nəzarət funksiyasını həyata keçirən qurum Azərbaycan Respublikasının Auditorlar Palatasıdır. Azərbaycan  Az. Res. Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan İqtisadiyyatının strateji yol xəritəsi Hesabatlılıq və şəffaflıq problemləri ,  Şəffaflıq və audit- Yeni dövrün çağırışları, problemlər - vəzifələr mövzusunda beynəlxalq elmi praktik konfranslara ev sahibliyi etmişdir, hansı ki, dünya təcrübəsinin öyrənilməsi məqsədini daşıyır.

Hörmətli həmkarlar bir məsələni xüsusi vurğulamaq istərdim :  Auditorlar  maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və qanunla auditorun peşə fəaliyyətinə aid edilən əlaqədar  fəaliyyət sahələrinə dair  xüsusi ixtisas və bilik təcrübəsinə malik olan şəxslərdir. Auditor Xidməti haqqında Az. Res. Qanunun 8- maddəsinə əsasən  Auditor rəyi bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.  Bu isə auditorların cəmiyyət və digər şəxslər qarşısında qanunla  müəyyən edilmiş məsuliyyəti deməkdir. Ona görə də auditorlar  dürüstlük, vicdanlılıq və ədalətlilik kimi yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar. 

ANTİK FİLOSOF DİOGEN DEMİŞDİR Kİ, “DÖVLƏT ÖZÜ DƏ MƏDƏNİYYƏTİN MƏHSULUDUR , MƏHZ  ONA  GÖRƏ DƏ DÖVLƏTDƏN  KƏNAR MƏDƏNİYYƏTDƏN FAYDALANMAQ OLMAZ “    BÜTÖVLÜKDƏ  HÜQUQ SİYASƏTİ, ETİKA MƏCƏLLƏSİ, DAVRANIŞ KODEKSLƏRİ MƏHZ MÜLKİYYƏTÇİ VƏ AUDİTOR MÜNASİBƏTLƏRİNİN QAYƏSİNDƏ  DƏ  HÜQUQİ NİZAMININ TƏMƏL PRİNSİPLƏRİNİ ÖZÜNDƏ EHTİVA  EDİR. Bütün bunlar dövlətin daha məzmunlu və  təkmilləşdirilmiş ali hüquq forması olduğu barədə mütəfəkkirlərin ideyalarını  təsdiq edir .

Diqqətinizə görə təşəkkür edirəm !

 

Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında Auditor Xidmətinə dair hüquqi məsələlər üzrə komitənin sədri : Elçin Qurbanov

 

Bakı şəhəri 

06 iyul 2022-ci il