Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”ndə dəyişiklik edilməsi barədə layihəyə dair;
2. Auditor fəaliyyəti sahəsində risk əsaslı nəzarət qaydaları barədə;
3. “Auditor xidmətləri üzrə xidmət haqqının müəyyən edilməsi prinsipləri haqqında” Əsasnamənin layihəsi barədə;
4. “Auditor fəaliyyəti sahəsində haqsız rəqabət üzrə daxil olan sənədlərin dövriyyəsi” barədə layihəyə dair;
5. Şirkətdaxili keyfiyyətə nəzarət üzrə kadr hazırlığının təşkili barədə;
6. Auditorlar Palatasında keçirilmiş tədbirlərdə (konfranslar, simpoziumlar, “dəyirmi masa”lar, seminarlar, ustad dərsləri və s.) Palata üzvlərinin iştirakının monitorinqi barədə;
7. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr və intizam komissiyasının əsasnaməsinin və 2022-ci il üzrə iş planının təsdiq edilməsi barədə.