Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 5 may tarixində saat 1100-da “Pul vəsaitlərinin hərəkati haqqında hesabatın hazırlanması” (moderator – Vəli Rəhimov, məruzəçi – Davud Məmmədov) mövzusunda “ustad dərsi” keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin “ustad dərsi”ndə fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası