Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə fəaliyyətinin yekununa dair hesabat barədə;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə maliyyə hesabatlarının hazırlanması və onun auditinin təşkili barədə;
3. 2021-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi barədə;
4. Qanunvericiliyin pozulmasına görə auditor təşkilatlarının və auditorların inzibati məsuliyyətlərinin gücləndirilməsi barədə;
5. Qanunvericiliyə və Beynəlxalq Audit Standartlarına uyğun verilməyən auditor rəylərinin məhkəmə qaydasında etibarsız hesab olunmasına dair layihənin hazırlanması barədə;
6. “Auditor xidməti sahəsində haqsız rəqabət və reklam qadağası haqqında” Əsasnamənin layihəsi barədə.
Qalareya