Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 04 aprel tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. “Qanunvericilikdə nəzərdə tutulmuş auditdən yayınmaya görə inzibati məsuliyyətin gücləndirilməsinə dair” təkliflər barədə;

2. 2021-ci il üzrə auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə;

3. “Hüquqi şəxs tərəfindən aidiyyatı şəxslərlə əqdlərin bağlanmasının auditinə dair Metododik Göstəriş”in hazırlanması barədə;

4. Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiya barədə;

5. Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət üzrə Apellyasiya Komissiyasının iclasının protokolunun müzakirəsi barədə.

 

Qalareya