Hörmətli həmkarlar,
Xatırlatmaq istəyirik ki, Auditorlar Palatası Şurasının 2011-ci il 20 dekabr tarixli 226/4 saylı qərarında illik üzvlük haqqını yanvar-fevral aylarında tam ödəyənlər üçün 5% güzəşt tətbiqi və Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli 340/4 saylı “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi qaydasının təkmilləşdirilməsi” barədə yeni təsdiq olunmuş qərarında auditorların və auditor təşkilatlarının reytinq səviyyəsinin qiymətləndirilməsində üzvlük haqqını vaxtında tam ödəyənlər üçün müvafiq bal nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd edilənləri və Auditorlar Palatasına ödənilməli olan üzvlük haqqını 2022-ci il 01 mart tarixinədək tam ödəyən auditor təşkilatları və sərbəst auditorların şəxsi işlərində müvafiq qeydlər edilməklə onlar Palatanın üzvləri arasında xüsusi güzəşt tədbiq ediləcək üzvlər sırasına daxil ediləcəkdir.
Azərbaycan Respublikası Auditorlar Palatası