Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Haqsız rəqabətin aradan qaldırılması haqqında;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında yeni komitələrin və komissiyanın yaradılması və tərkiblərinin təsdiq edilməsi barədə;
3. 2021-ci ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması barədə;
4. “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda”nın təkmilləşdirilməsinə dair;
5. Qanunvericilikdə nəzərdə tutulmuş auditdən yayınmaya görə inzibati məsuliyyətin gücləndirilməsinə dair təkliflər barədə;
6. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi barədə.
* Məlumatı hazırladı: Auditorlar Palatası sədrinin müşaviri – F.Qarayev