Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2022-ci il 24 yanvar tarixli 05 nömrəli əmri ilə Auditin təşkili, hesabatlılıq və informasiya İdarəsinin tərkibində yeni Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılmışdır.
Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin yaradılmasında əsas məqsəd-auditor xidmətinə ictimai etimadın yüksəldilməsi, auditor xidməti bazarında auditorlar tərəfindən yolverilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsindən və belə hallara qarşı mübarizə aparmaqla onların aradan qaldırılmasından ibarətdir.
Auditorlar Palatası sədrinin 2022-ci il 24 yanvar tarixli 05 nömrəli əmri ilə həmin şöbəyə müdir vəzifəsinə Cəfərli Rövşən Asif oğlu təyin edilmişdir.R.Cəfərli 17.03.2011-ci il tarixdən Auditorlar Palatasənda aparıcı mütəxəssis, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləmişdir.
Ümidvarıq ki, R.Cəfərli öz bacarığı, savadı və peşəkarlığı ilə həmin vəzifəni layiqincə yerinə yetirəcəkdir.
R.Cəfərliyə işlərində uğurlar arzu edirik.
Azərbaycan Respublikası Auditorlar Palatası