Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzovun 2021-ci ilin 30 dekabr tarixində təsdiq etdiyi «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”ə uyğun olaraq 2022-ci ilin 18 yanvar tarixində saat 11.00-da onlayn qaydada Auditorlar Palatasının üzvləri və əməkdaşları üçün «Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər barəsində» seminar keçirildi (Moderator – Nəcəf Talıbov-sədrin elmi-metodik məsələlər üzrə müşaviri, məruzəçilər: Vəli Rəhimov-Maliyyə və texniki təminat idarəsinin rəisi, Səftər Vəlizadə-“SR AUDİT SOLUTİONS” MMC-nin direktoru).
Seminarın moderatoru Nəcəf Talıbov seminarın iştirakçısı olan Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını salamlayaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin əhəmiyyəti, vergi nəzarətinin gücləndirilməsi və 2022-ci ildə tətbiq olunacaq yeni cərimələr barədə məlumat verdi.
Sonra isə məruzəçilər Vəli Rəhimov və Səftər Vəlizadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.5-ci «Dövlət vergiləri», 8.1-ci «Yerli vergilər (bələdiyyə vergiləri)», 13-cü «Məcəllədə istifadə olunan əsas anlayışlar», 14-cü «Bazar qiyməti», 15-ci «Vergi ödəyicisinin hüquqları», 16-cı «Vergi ödəyicisinin vəzifələri», 19-cu «Daimi nümayəndəlik», 23-cü «Vergi orqanlarının hüquqları», 30-cu «Kommersiya və (və ya) vergi sirri» maddələrində edilmiş dəyişikliklərin şərhini verdilər.
Daha sonra məruzəçilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 35-ci «Bankların digər kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri», 36-cı «Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi», 37-ci «Kameral vergi yoxlaması», 38-ci «Səyyar vergi yoxlaması»» maddələrində vədigər maddələrdə edilən dəyişikliklər barədə danışaraq həmin maddələr üzrə açıqlamalar verdilər.
Çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Qalareya