Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbiri açıq elan etdikdən sonra tədbir iştirakçıları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində faciəli surətdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək 19 yanvardan 20 yanvara keçən qəhrəman şəhidlərimizin gecədə Azərbaycanın üstünə çökən kabusa, Sovet Ordusunun qorxunc və qanlı basqınına qarşı sinə gərərək, birlik və bərabərliyini dünyaya isbatından danışdı.
Vahid Novruzov Xalqımızın ümummilli liderinin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini qeyd etdi.
O daha sonra 1990-cı ilin yanvar qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd etdi. Sonda Palata sədri II Qarabağ Müharibəsindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi müharibədən sonra məqsədyönlü islahatlar barədə ətraflı şəkildə danışdı.
Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov Palata sədrinin sözlərinə qoşularaq həmin gün baş vermiş faciəni bir daha yada saldı və dinc əhalinin vəhşicəsinə qətlindən, əliyalın uşaq, qadın, yaşlı insanlarımıza tutulan divandan danışdı.
Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov da öz çıxışında 20 Yanvar gecəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün olmadığını, eyni zamanda şan, şərəf və qəhrəmanlıq günü olduğunu qeyd etdi.
Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov tədbir iştirakçılarından bir çoxunun bu hadisələrin canlı şahidi olduğunu və o gecənin ağrısını yaşadıqlarını qeyd etdi. Son olaraq, Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük mühariibədə Azərbaycan xalqının yeni tarixi səhifə yazdığını və şəhid olmuş qəhrəmanlarımızın 20 Yanvardan başlanan müstəqillik amalının yeni qəhrəmanlıq salnaməsini yazdığını qeyd etdi.
Sonda Sərbəst auditor Aftandil Əliyev, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “ECONOMİC-CHA” MMC-nin auditoru Kamil Hüseynov və Maliyyə və texniki təminat idarəsinin Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdiri Şəfəq Əliyeva da qısa şəkildə çıxış edərək 20 yanvar gecəsinin heç vaxt unudulmayacağını bildirdilər.
Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qalareya