Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti “Peşəmizdə Haqsız Rəqabətin Qarşısının alınması və yeni addımlar” mövzusunda keçirilən konfransda iştirak etmişdir

       Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB) 2022-ci il 12 yanvar tarixli dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti: Aparatın rəhbəri Qəşəm Bayramov, Palata sədrinin müşaviri Fəqan Qarayev, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov, Auditin hüquqi tənzimlənməsi və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi Elnur İbrahimov, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi Vasif Cavadov və Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyi (TÜRMOB) tərəfindən 2022-ci il 13 yanvar tarixində Türkiyənin Ankara şəhərində təşkil edilmiş “Peşəmizdə Haqsız Rəqabətin Qarşısının alınması və yeni addımlar” mövzusunda onlayn keçirilən VIII Türkiyə Haqsız Rəqabət Konqresdə iştirak etmişdir. Tədbiri Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB)  sədri Emre Kartaloğlu, Türkiyə Haqsız Rəqabətlə Mübarizə Şurasının (TÜRHAK) prezidenti Abdulla Korkmaz və Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB) baş katibiYahya Arıkan açaraq tədbir iştirakçılarını salamlamışdır.

Tədbirdə haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsasları, yeni yanaşmalar və haqsız rəqabətin qiymətləndirilməsinə dair  çıxışlar dinlənilərək geniş müzakirələr aparılmışdır.

Konqres 3 sessiya əsasında təşkil edilmiş və hər sessiyaya bir moderator başçılıq etmiş və 2 natiq çıxış etmişdir. 1-ci sessiyanı TÜRMOBun baş xəzinədarı, moderator Levent Demiröz açmış və sertifikatlı mühasib Abdullar Kiraz və sərbəst mühasib və maliyyə məsləhətçisi Zeki Dirlik ilə birlikdə “Haqsız Rəqabətin Qarşısının alınmasında Elektron Birlik və GİB inteqrasiyası” mövzusunda çıxış edərək mövzu ətrafında verilən bütün sualları cavablamışlar. 2-ci sessiyanı TÜRMOB sədrinin müavini, moderator Hüseyin Yıldız açmış və sertifikatlı mühasib Şaban Kiçik və sərbəst mühasib və maliyyə məsləhətçisi Humral Tan ilə birlikdə “Haqsız Rəqabətin Qarşısının alınmasında yeni yanaşmalar” mövzusunda çıxış edərək mövzu ətrafında verilən bütün sualları cavablamışlar. 3-cü sessiyanı TÜRMOBun idarə heyətinin üzvü, moderator Cemal Yükselen açmış və TÜRHAKın prezidenti  Abdulla Korkmaz  ilə birlikdə “Qiymətləndirmə” mövzusunda çıxış edərək mövzu ətrafında verilən bütün sualları cavablamışlar.

Tədbir zamanı əldə edilən materiallar və nəticələr ilk növbədə mühasibat uçotu və audit sahəsində haqsız rəqabətə qarşı mübarizədəmütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatımızın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.