2022-ci il 06 yanvar tarixində Auditorlar Palatası Aparatının üzvü "AF Audit" məhdud məsuliyyətli cəmiyyəti direktoru Vahabov Adil İdris oğlunun 70 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Adil Vahabovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

  

 

 

 

Qalareya