Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 28 dekabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet səhifəsində yerləşdirilməsinə dair hesabatın müzakirəsi barədə (Məruzəçi: Auditorlar Palatası sədrinin müşaviri – Fəqan Qarayev);
2. Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiqi barədə (Məruzəçi: Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi – Qoşqar Əhmədov);
3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 03 dekabr tarixli 04 nömrəli protokolunun təsdiq edilməsi barədə (Məruzəçi: Palatanın Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin sədri – Naib Yusifov);
4. Auditorlar Palatasında daxili auditin həyata keçirilməsi barədə (Məruzəçi: Palatanın daxili auditoru – Nərmin Quliyeva).
* Məlumatı hazırladı: Sədrin müşaviri F.Qarayev
Qalareya