AUDİT SUBYEKTLƏRİNİN NƏZƏRİNƏ! Auditorlar Palatası Şurasının 2021-ci il 07 sentyabr tarixli 334/6 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2021-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyyəti barədə” qərarının 4-cü bəndinə riayət etməyən Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorların SİYAHISI
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq (06.07.2021-ci il 02/89 saylı, 22.09.2021-ci il 02/132 saylı və 26.10.2021-ci il 02/150 saylı) və Auditorlar Palatası Şurasının 2021-ci il 07 sentyabr tarixli 334/6 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2021-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyəti barədə” qərarının 4-cü bəndinə məhəl qoymayaraq 2021-ci il 27 dekabr tarixədək üzvluk haqqı borclarını tam ödəməyən Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısı hazırlanaraq məlumat üçün Sizə bəyan edilir.
AUDİTOR TƏŞKİLATLARI:
-
“ASON AUDİT” MMC - (direktor Vəkilov Orxan)
-
“Consulting Service of Baku" MMC - (direktor Qədirov Vidadi)
-
"EON Audit" MMC - (direktor Ağayev Orxan)
-
"Eurocond Plus" MMC- (direktor Camal-zadə Anar)
-
"Fairness Consalting Grup" MMC – (direktor Məmmədov Eldəniz)
-
“Premium Audit” MMC - (direktor Kərimov Natiq)
-
“V.İ.P Audit” MMC - (direktor Fərəcov Elçin)
SƏRBƏST AUDİTORLAR:
-
Eminov Otello Zəkəriyyə oğlu
-
Quliyev Elçin Vaqif oğlu
-
Rzayev Akif Məlik oğlu
-
Sadıxov Musa Sərxan oğlu
Qeyd: Auditorlar Palatası Şurasının 2021-ci il 07 sentyabr tarixli 334/6 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2021-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyəti barədə” qərarının 5-ci bəndinə uyğun olaraq, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların auditor fəaliyyətləri 01.01.2022-ci il tarixindən dayandırılacaq və onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə Auditorlar Palatasının internet səhifəsində yerləşdiriləcəkdir.