\
Təbrikdə deyilir:
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi, üzvləri və şəxsən öz adımdan Zati-alilərinizi əlamətdar yubiley - anadan olmağınızın 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz və misilsiz cəsarətiniz sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial və siyasi uğurlara imza atır. Biz əminik ki, Sizin müdrik və uzaqgörən inkişaf strategiyanız son 18 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, işğal altında olan torpaqlarını azad edən ölkəmizə sosial-iqtisadi inkişafın bütün sahələrində gələcəkdə də böyük uğurlar qazanmaqda mühüm rol oynayacaqdır.
Zati-aliləri!
Böyük fəxrlə bildiririk ki, Azərbaycan xalqı ən böyük zəfəri məhz Sizin - Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. Qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi.Biz həqiqətən də xoşbəxt insanlarıq sevincli günləri görə bildik. Səmimi etiraf etmək lazımdır ki, bütün bu xoşbəxtlik və sevinc üçün biz ilk növbədə Sizə, cənab Ali Baş Komandanımıza minnətdar olmalıyıq. Məhz Sizin xalqımızın milli maraqlarını qorumaq üçün əlinizdən gələni etməyiniz, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi bütövlüyünün bərpa edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasətiniz bizə bu sevincləri yaşatmağa imkan verdi.Zati-alilərinizin qloballaşma şəraitində böyük uğurlara gətirmiş və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətiniz Azərbaycanı dünyada sakitlik və stabillik adasına çevirməklə yanaşı, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkanına çevirmişdir
Möhtərəm cənab Prezident,
Zati-alilərinizin rəhbərliyi altında uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, sahibkarlığın inkişafı və iqtisadiyyatın diversifikasiyasının iqtisadi fəaliyyətdə şəffaflığın artırılmasını, kölgə iqtisadiyyatının azaldılmasını və korrupsiyaya qarşı mübarizənin təşkili amilinə xüsusi önəm verilmişdir. Sizin yeni dövrü şəffaflıq dövrü, dürüstlük dövrü, inhisara son qoymaq dövrü kimi ehtiva edən siyasətiniz ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir.Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Sizin dövlət quruculuğu siyasətinizdə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Məmnunluq hissi ilə qeyd edirik ki, Sizin diqqət və qayğınız sayəsində sürətli və dayanıqlı iqtisadi inkişaf şəraitində maliyyə nəzarətinin, o cümlədən auditor xidmətinin əhatə dairəsi genişlənir, maliyyə sistemində şəffaflığın artırılmasında və bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında onun rolu əhəmiyyətli dərəcədə artır. Eyni zamanda, Azərbaycan auditorları Zati-alilərinizin ölkə auditorlarının qarşısına qoyduğu proqram xarakterli vəzifələrin məsuliyyətini çox yaxşı başa düşür, həmin vəzifələrə uyğun olaraq, daha məsuliyyətlə çalışmağı, bütün qüvvə və səylərini, bilik və bacarıqlarını ölkədə uğurla həyata keçirilən əzəmətli quruculuq işləri naminə sərf etməyi özlərinin vətəndaşlıq borcu sayırlar. Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq.
Möhtərəm cənab Prezident,
Sizi bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.