2021-ci il 23 dekabr tarixində Bakı Ali Neft məktəbində “Zəfər yolunun davamı Qarabağda yeni iqtisadiyyat quruculuğu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov iştirak və çıxış etmişdir.