Auditorlar Palatasının nümayəndə heyəti 2021-ci il 9 dekabr tarixdə Özbəkistanın Auditorlar Palatasının dəvəti ilə "MÜHASİBAT UÇOTUNUN VƏ AUDİTIN İNKİŞAFIN MÜASİR ƏNƏNƏLƏRİ" onlayn Elmi-praktik konfransda iştirak etmişdir
Konfransın təşkilatçıları Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası , Özbəkistanın Auditorlar Palatası və Mühasiblər Federasiyası, Özbəkistan Respublikasının Maliyyə Nazirliyi idi.
Konfransda ACCA (Association of ACCA- Chartered Certified Accountants Assosiasiyası) beynəlxalq ekspertləri, MDB ölkələrinin peşəkar təşkilatlarının mütəxəssisləri Rusiya Federasiyasının və Özbəkistan Respublikası nın ixtisaslaşdırılmış ali təhsil müəssisələri iştirak edirdilər. və Özbəkistanın auditor və mühasiblər , müəllimlər , doktorantlar və magistrlər iştirak edirdilər.
Konfransda aşağıdaki aktual məsələlər müzakirə edildi :
-
MHBS tətbiq və müasir konseptual mühasibat uçotu sistemləri rəqəmsallaşma kontekstində maliyyə hesabatlarının formalaşmasına yanaşma;
-
Qloballaşma şəraiti keyfiyyətə daxili və xarici nəzarətin audit üzrə beynəlxalq standartlara uyğun təşkilinə tələblərin gücləndirilməsi;
-
Peşəkar mühasib statusunun yüksəldilməsi beynəlxalq mühasiblərin və auditorların sertifikatlaşdırılması üzrə təhsil proqramları;
-
Mühasibat uçotunun və auditin inkişafında peşəkar təşkilatın rolu
Konfransda Auditin innovativ inkişafi və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov «Расширение инновационных подходов аудита в концепции развития аудиторской деятельности Азербайджана до 2030-го года» mövzusunda məruzə ilə çıxış etmişdir.