Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 13 dekabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi barədə;

2. Auditin dəyərliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin müntəzəm həyata keçirilməsi barədə;

3. Auditorların auditor xidməti bazarında haqsız və qeyri-qanuni hərəkətlərə görə  məsuliyyət tədbirləri sisteminin təkmilləşdirilməsi barədə;

4. Mikro, kiçik və orta auditor təşkilatlarında və sərbəst auditorlarda işin keyfiyyətinə nəzarətə dair metodik vəsait barədə;

5. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin  keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi barədə;

6. Auditor xidmətində dempinqə qarşı mübarizəyə dair tövsiyələr barədə;

7. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə məlumatlandırılması barədə;

8. Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Appelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması barədə;

9. Auditin keyfiyyətinə dair daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması barədə.

 

 

 

 

 

Qalareya