“Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyyə olunan minimum hədlərə riayət olunub-olunmaması, dempinq və haqsız rəqabət hallarına yol verilib-verilməməsi” və “Auditorların şəxsi kabineti sistemindən istifadəsi qaydası” haqqında onlayn vebinar keçirilmişdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm bir istiqaməti kimi şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və sahibkarlığın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu sahədə reallaşdırılan siyasətə yaxından dəstək olmaq məqsədi ilə sifarişçilərimizə göstərilən auditor xidmətinin keyfiyyətini yüksəltməklə fəaliyyətimizdə auditorların Peşə Etikasına uyğun olmayan hərəkətlərə yol verməməklə dempinq və haqsız rəqabət hallarına birlikdə mübarizə aparmaqla ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə öz layiqli töhfəmizi veririk.
Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq  tədbirlər həyata keçirir və həmin neqativ hallara qarşı mübarizəni mütəmadi olaraq davam etdirir.
Son dövrlərdə bir sıra auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Auditorların Peşə Etika Məcəlləsinin, İFAC-ın mövcud normativ sənədlərinin tələblərinə riayət edilməməsi səbəbindən göstərilən auditor xidmətinin keyfiyyəti aşağı olur ki, bunun da nəticəsində müvafiq dövlət qurumlarından, iş adamlarından və Auditorlar Palatasının üzvlərindən daxil olan mürciətləri nəzərə alaraq və bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2021-ci il 25 noyabr tarixində Auditorlar Palatasında auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar üçün “Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyyə olunan minimum hədlərə riayət olunub-olunmaması, dempinq və haqsız rəqabət hallarına yol verilib-verilməməsi” və “Auditorların şəxsi kabineti sistemindən istifadəsi qaydası” mövzusunda onlayn vebinar keçirilmişdir. 
Keçirilən vebinarda Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyyə olunan minimum hədlərə riayət olunub-olunmaması, dempinq və haqsız rəqabət hallarına yol verilib-verilməməsi ilə yanaşı, Auditorların şəxsi kabineti sistemindən istifadəsi qaydaları ətraflı olaraq izah edilmiş, sistemdə yaranmış yeniliklər barədə üzvlərə məlumat verilmiş və geniş şəkildə üzvlərin yeni təklif və iradları müzakirə olunmuşdur. 
Bununla yanaşı şəxsi kabinet sistemində təsərrüfat subyektinin işçi sayının düzgün qeyd olunması, təsərrüfat subyektinin illik dövriyyəsinin düzgün qeyd olunması, rəylərin düzgün tərtib olunması, müqavilələrin qeydiyyatı, vaxtında yerinə yetirilməsi barədə geniş müzakirələr edilmiş və narazılıqların  aradan qaldırılması üçün müvafiq struktur bölmələri tərəfindən baxılacağına dair müzakirələr olunmuşdur. Bundan əlavə qeyd edildi ki, təkliflər yazılı şəkildə rəsmi olaraq Palataya təqdim edilsin və onların təhlili Palata tərəfindən həyata keçirilsin. Sonda Palatanın üzvlərini maraqlandıran suallar cavablandırıldı. Vebinarda bir daha vurğulandı ki, bu məsələnin icrası ilə bağlı hər hansı suallar yaranarsa yenidən Palataya müraciət oluna bilər. 
Vebinarın moderatorları tərəfindən bu tipli müzakirələrin mütəmadi aparılacağı iştirakçıların diqqətinə çatdırılmışdır.