Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 26 noyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın struktur bölmələrinin rəhbərlərinin iştirak etdikləri auditin aktual problemlərinə dair iclasda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi barədə;

2. “Auditorların məsuliyyətinin gücləndirilməsi tədbirləri”nin layihəsi barədə;

3. “Mühasiblər və Auditorların Avrasiya Qrupu”nun yaradılmasına dair razılaşmanın layihəsi barədə;

4. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.

 

 

Qalareya