YAP Səbail rayon təşkilatının Auditorlar Palatası ərazi partiya təşkilatında  hesabat seçki yığıncağı keçirilib

2021-ci il 24 noyabr tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Auditorlar Palatası ərazi partiya təşkilatında  hesabat seçki yığıncağı keçirilib. İlk öncə, Vətən müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  Auditorlar Palatası ərazi ilk partiya təşkilatının sədri, professor Vahid Novruzov VI qurultaydan ötən dövr ərzində görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib və hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. Daha sonra Vətən müharibəsində qazanılmış parlaq zəfərin mahiyyəti barədə danışılıb. Müharibədən sonra formalaşan yeni reallıqlar fonunda və yeni siyasi konfiqurasiya şəraitində qalib ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə düşən mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən söz açılıb. Sonra ərazi ilk partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın əməkdaşı Əfəndi İbrahimli və YAP üzvləri iştirak ediblər.

 

  

  

Qalareya