2021-ci il 01 noyabr tarixində Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Əhmədova Gövhər İslam qızının 50 illik yubileyi qeyd edilmişdir.
Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Gövhər Əhmədovanın keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

Qalareya