Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi “Zəfər” Yarmarkasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin  müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə  dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Zati-alilərinin siyasi uzaqgörənliklə həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir. 

Ən böyük zəfəri isə Azərbaycan xalqı məhz Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq Azərbaycan öz torpaqlarını  30 ilə yaxın davam edən işğaldan azad etdi. Böyük qələbə  münasibətilə ölkəmizdə bir çox mötəbər tədbirlər təşkil olunmuşdur. Bu tədbirlər sırasında Bakı  bulvarında “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda  böyük qələbəmizə həsr olunan “Zəfər” yarmarkasının təşkil edilməsi olmuşdur. Yarmarka 29 oktyabrdan 9 noyabra kimi davam edəcək. Yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün "YAŞAT" Fonduna ianə olunacaqdır. Yarmarkada müxtəlif mövzularda sərgilər təşkil olunur, Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş etdirilir. Auditorlar Palatasının kollektivi “Zəfər” Yarmarkasında ilk iştirak edən təşkilatlardan biri olaraq 01 noyabr tarixində Yarmarkanı ziyarət etmişlər və satışa çıxarılmış zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar almışlar. 

Auditorlar Palatasının kollektivi hər zaman Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla anır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və qazilərimizə isə can sağlığı arzulayırlar. 

 

   

 

 

Qalareya