Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 29 oktyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın struktur bölmələrinin rəhbərlərinin iştirak etdikləri auditin aktual problemlərinə dair iclasda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2022-ci il üzrə iş planının layihəsi barədə;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar keçirilmiş yubliley tədbirlərinin və beynəlxalq elmi-praktik konfransın nəticələri barədə;
3. “Auditorun şəxsi kabineti” sisteminin fəaliyyətinin təşkili və təkmilləşdirilməsi barədə;
4. Keyfiyyətin idarə edilməsi layihələrindən irəli gələn Beynəlxalq Audit Standartlarına (BAS) və əlaqəli materiallara edilən müvafiq düzəlişlər barədə;
5. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə;
6. “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair hazırlanmış Tövsiyələr barədə.

Qalareya