Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2020-ci il 27 iyul tarixli 1/21 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlər planının 2.16-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb nəşr olunmuş “Faktlar” kitabı haqqında qısa məlumat.
Kitabda 1996-2021-ci illərdə Auditorlar Palatasının Azərbaycanda auditin inkişafında baş vermiş ən önəmli faktlar barədə yığcam məlumat verilir. “Faktlar” kitabında 1996-cı ildən bu günə kimi Auditorlar Palatası tərəfindən təşkil edilmiş beynəlxalq konfranslar, dövlət tədbirləri, simpoziumlar və s. önəmli tədbirlər haqqında məlumatlar əks edilmiş və onlara dair şəkillər yerləşdirilmişdir. Həmçinin kitabda Auditorlar Palatası tərəfindən nəşr olunmuş kitablar barədə məlumatlar verilib.
“Faktlar” kitabı 500 ədəd nəşr edilib və Auditorlar Palatasının üzvlərinə, veteranlara, eləcə də rəhmətə gedən üzvlərimizin ailə üzvlərinə təqdim ediləcək.
Qalareya