Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 13 oktyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulduğuna uyğun olaraq keyfiyyətə nəzarətin risk əsasında təşkil edilməsi barədə;
2. “Yeni növ auditor xidmətləri, o cümlədən marketinq, sosial, biznes və digər auditor xidmətləri üzrə müvafiq materialların hazırlanması və tətbiq edilməsi” barədə.

Qalareya