Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 7 sentyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Auditor təşkilatlarının və sərbəst auditorların 2021-ci ilin I yarımili üzrə hesabatlarının toplanmasına dair icmal-tövsiyələr barədə;
2. “Auditə ictimai etimadın gücləndirilməsi ilə bağlı tövsiyələr” barədə;
3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 25 avqust tarixli 03 nömrəli protokolunun təsdiq edilməsi barədə;
4. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr tarixli 143/1 nömrəli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına əlavə və dəyişik edilməsinə dair;
5. Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının struktur bölmələrinin fəaliyyətlərinin yoxlanılması barədə” 2021-ci il 16 iyul tarixli 1/16 nömrəli sərəncamına uyğun olaraq aparılmış yoxlamaların nəticələrinə dair.