Azərbaycan Respublikasının Auditorlar Palatasında 2021-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasına (2012-2020-ci illər)” və Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 26 noyabr tarixli 324/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planı”na uyğun olaraq,  2021-ci il 13 iyul tarixində Auditorlar Palatasında 2021-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq 2021-ci iIin I yarım ilini Palatanın həyatında önəmli hadisə ilə yadda qaldığını vurğuladı. S.Gülməmmədov qeyd etdi ki, Auditorlar Palatasının       25 illiyi münasibətilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2021-ci il 15 aprel tarixli Sərəncamı ilə Palatanın bir qrup əməkdaşları və üzvləri “Tərəqqi” medalı ilə təltif edildi və bu yüksək diqqət və qayğı Palatanın bütün əməkdaşları və üzvlərində böyük ruh yüksəkliyi yaratdı. Sonra Palata Aparatının, Palatanın Şurası yanında Komitələrin 2021-ci ilin I yarımilliyində gördüyü işlər barədə geniş məlumat verərək S.Gülməmmədov bildirdi ki, yarım il ərzində Palatanın iş planınında, təsdiq edilmiş plan-proqramlarda, Palata Şurasının qərarlarında, Palata sədrinin əmr və sərəncamlarında, müxtəlif qurumlardan Palataya daxil olmuş müraciətlərində nəzərdə tutulmuş işlər tam icra edilmiş və Palata 2021-ci ilin I yarımilini uğurla başa çatdırmışdır.

Sonra Palatanın ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilmiş və qarşıda icrası nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icrasına dair müvafiq tapşırıqlar verilmişdir.

Tədbirdə Palatanın rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və Palatanın Şurası yanında müvafiq Komitələrin rəhbərləri iştirak etmişlər.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

 

 

 

    

Qalareya