Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 12 iyul tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında təlimatın təsdiq edilməsi barədə;
2. “Auditorların məsuliyyətinin gücləndirilməsi tədbirləri”nin layihəsi barədə;
3. “2021-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı”nın təsdiq edilməsi barədə;
4. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 16 iyun tarixli 02 nömrəli protokolunun təsdiq edilməsi barədə;
5. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr tarixli 143/1 nömrəli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına dəyişiklik edilməsinə dair;
6. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi barədə;
7. Auditorlar Palatası Şurasının 2019-cu il 31 oktyabr tarixli 313/3 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edilməsi barədə.

Qalareya