Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI hesabat konfransı keçirilmişdir
YAP Səbail rayon təşkilatının 2021-ci il 25 iyun tarixində onlayn qaydada XI hesabat konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor Vahid Novruzov YAP Səbail rayon təşkilatının ötən dövr ərzində gördüyü işlərə dair hesabatına münasibət bildirərək yüksək qiymətləndirdi, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlara, ictimai-siyasi proseslərə dair məruzə ilə çıxış etdi.
Konfransda eyni zamanda Auditorlar Palatasının icraçı direktoru, YAP Səbail rayon təşkilatı Nəzarət-təftiş komissiyasının sədri Səbuhi Gülməmmədov təşkilatın müxtəlif istiqamətlərdə gördüyü çoxşaxəli işləri və maliyyə hesabatı barədə Nəzarət-təftiş komissiyasının konfranslararası müddət ərzində (01.06.2015-ci ildən – 25.06.2021-ci ilə qədər) gördüyü işlər haqqında hesabatla çıxış etdi.



Qalareya