Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 18 iyun tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə;
3. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə;
4. Məhdud Məsuliyyətli Cəmiyyətlərin illik maliyyə hesabatlarının müvafiq dövlət qurumuna təqdim edilməsi və dövrü mətbuat orqanlarda, özlərinin saytlarında dərc edilməsinin icbariliyi barədə;
5. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin 2021-ci il 29 aprel tarixli 01 nömrəli protokolunun müzakirəsi barədə;
6. “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə Metodik Göstəriş”in layihəsi barədə;
7. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi barədə.

Qalareya