2021-ci i 03 iyun tarixində Auditorlar Palatasının təşkilatı-texniki təminat şöbəsinin müdiri İsmayılov Nazim Məmməd oğlunun 60 illik yubileyi qeyd edilmişdir
Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Nazim İmsayılovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

