Azərbaycan Respublikasının Auditorlar Palatası auditorlar üçün “PEŞƏKAR MÜHASİBLƏRİN BEYNƏLXALQ ETİKA MƏCƏLLƏSİ” mövzusunda silsilə seminarlar keçirməyə başlamışdır

     

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodoloji dəstək  göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci il 19 fevral tarixində Auditorlar Palatasında auditorlar üçün peşə etikasının fundamental prinsipləri və davranış standartlarının tətbiqinə dair “PEŞƏKAR MÜHASİBLƏRİN BEYNƏLXALQ ETİKA MƏCƏLLƏSİ” mövzusunda ilk seminar keçirilmişdir.
     Seminarı giriş sözləri ilə   Etika, mübahisələr və intizam komissiyasının sədri, Sərbəst auditor İbiş Əliyev və Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitənin sədri, “ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı açaraq seminar iştirakçılarını salamladılar və sonra seminarın əhəmiyyətindən danışdılar və öz tövsiyələrini çatdırdılar.                                                      
    Daha sonra Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, “TNM Audit” MMC-nin direktoru Nəcəf Talıbov  “Peşəkar Mühasiblərin Etika Məcəlləsi və Məcəllənin 2016-cı il nəşrinin məzmununa edilmiş dəyişiklər” və “Beynəlxalq Müstəqillik Standartları” mövzularında ətraflı çıxış edərək iştirakçılara öz mülahizələrini çatdırdı.
   Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılmış və geniş müzakirə aparılmışdır.
   Seminarlar mərhələli olaraq keçirilir.
Növbəti seminarlar 2020-ci il 25 fevral,28 fevral və 02 mart tarixlərində saat 10-00-da keçiriləcəkdir.

 

Qalareya