Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi, üzvləri və şəxsən öz adımdan Zati-alilərinizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz, misilsiz cəsarətiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Zati-alilərinizin siyasi uzaqgörənliklə həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.
Ən böyük zəfəri isə Azərbaycan xalqı məhz Sizin - Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Ordumuz bu şanlı Zəfərini Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında dünyaya nümayiş etdirdi.
Möhtərəm cənab Prezident,
Biz tam əminik ki, Sizin dərin zəkanız, xalqımıza olan sevginiz və ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Sizin dekabrın 1-də xalqa müraciətinizdə qeyd etdiyiniz kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”.
Möhtərəm cənab Prezident,
Sizi bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.
Dərin hörmət və ehtiramla,
Vahid NOVRUZOV
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
24.12.2020-ci il