Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 7 dekabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

 

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiqi barədə;

Kölgə iqtisadiyyatının azaldılması üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin tətbiqi barədə;

 Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.