Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 26 noyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 26 noyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsinin müzakirəsi barədə;

2. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi barədə;

3. Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinə dair hesabat barədə

4. Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkil edilməsi barədə;

5. Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanmasına dair hazırlanmış hesabat barədə.