Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 10 noyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə)” hazırlanması barədə;
2. Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının Palatanın struktur bölmələri tərəfindən icra olunmasının təşkili barədə;
3. “Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə” barədə;
4. Əmlakın qiymətləndirilməsinin auditinə dair proqramın layihəsi barədə;
5. Auditor xidmətlərinin minimum hədlərinə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən riayət edilməsi vəziyyətinin araşdırılması barədə;
6. “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsinin müzakirəsi barədə;
7. Avrasiya Mühasiblər və Auditorlar Assosiasiyasının təsis edilməsi və onun nizamnaməsinin layihəsinin müzakirəsi barədə;
8. Auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilməsi barədə
Qalareya