Azərbaycan Respublikasının Auditorlar Palatası cəbhə bölgəsinə növbəti dəfə yardım paketləri çatdırmışdır
Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları və s. orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər. Bununla əlaqədar olaraq bu günlərdə Azərbaycan Respublikasının Auditorlar Palatası növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinə yardım paketləri hazırlayaraq N saylı hərbi hissəyə çatdırmışdır. Auditorlar Palatası qəhrəman ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda göstərdikləri cəsarətə görə Azərbaycan Silahlı qüvvələrini dəstəkləyir və onlara yeni-yeni uğurlar arzulayır.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
20 oktyabr Azərtac