Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbər işçiləri bir aylıq əmək haqqlarını Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürdü

Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları və s. orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının rəhbər işçiləri də bir aylıq əmək haqqlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmüşdür.                                              Qəhrəman ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Azərbaycan Respublikasının Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara möhkəm can sağlığı arzulayır.