Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.
Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırasında öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun maddi-texniki təchizatı möhkəmləndirilmiş, müasir silah və texnikalarla təminatı yüksəldilmişdir.
Qəhrəman ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Azərbaycan Respublikasının Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara yardım paketləri hazırlayaraq N saylı hərbi hissəyə göndərmişdir.