Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 25 sentyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 25 sentyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditor təşkilatlarının və sərbəst auditorların 2020-ci il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə;

2. “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimat”ın layihəsinin müzakirəsi barədə;

3. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq sazişinin layihəsinin müzakirəsi barədə.