Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün onlayn imtahanlar keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2020-ci il 14 iyul tarixli 1/19 saylı “Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün imtahanların onlayn qaydada keçirilməsi barədə” Sərəncamına uyğun olaraq, 2020-ci 30 iyul tarixində auditor adı almaq üçün müraciət etmiş şəxslərə və bir qrup auditorlara auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrinin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar onlayn şifahi imtahan keçirilmişdir. İmtahanda ümumi 14 nəfər iştirak etmiş və müvəffəq bal toplamışdır.

Qalareya