Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2020-ci il 29 iyun tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor təşkilatlarının, sərbəst auditorların və onların sifarişçilərinin kommersiya sirri təşkil edən, həmçinin xüsusi məlumatlarının məxfi saxlanılması barədə;
2. Bir sıra auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinin plandankənar monitorinqinin həyata keçirilməsi barədə;
3. Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin hüquq və vəzifələri haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə;
4. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə;
5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə auditorlar tərəfindən riayət edilməsinin monitorinqinə dair təlimat”ın layihəsinin müzakirəsi barədə;
6. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin üzvlərinin və müfəttişlərinin tərkibində dəyişiklik edilməsi barədə;
7. Auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalara dəyişikliklər edilməsi barədə.

Qalareya