Azərbaycan Respublikasının Auditorlar Palatasında xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və sanitariya-epidemioloji tələblərə riayət edilməsi barədə Q A Y D A

  TƏSDİQ EDİRƏM:

Azərbaycan Respublikası

Auditorlar Palatasının

icraçı direktoru

 

________________

 

S.Gülməmmədov

____ __________ 2020-ci il

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatasında xüsusi karantin

rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə

və sanitariya-epidemioloji tələblərə riayət edilməsi barədə

 

Q A Y D A

 

I.Giriş

 

Bu Qayda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun “Yeni növ koronavirus (COVİD-19) infeksiyasının dövlət qurumlarının əməkdaşları arasında yayılmasının qarşısının alınması və bununla əlaqədar müvafiq sanitariya-epidemioloji tədbirlərin gücləndirilməsi barədə” 2020-ci il 04 iyun tarixli 11/637 nömrəli məktubuna əsasən hazırlanmışdır.

 

II. Qaydanın məqsədi

 

Qaydanın məqsədi - Azərbaycan Respublikası Auditorlar Palatasının inzibati binasında yeni növ koronavirus (COVID-19) infeksiyasının əməkdaşlar arasında kütləvi yayılmasının qarşısının alınmasından ibarətdir.

 

 

III. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan

     fərdi vasitələrdən istifadə və sanitariya-epidemioloji

   qaydalara riayət edilməsinə dair tələblər

 

3.1. Azərbaycan Respublikası Auditorlar Palatasının inzibati binasında yeni növ koronavirus (COVID-19) infeksiyasının əməkdaşlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (əməkdaşlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

3.2. Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri digər qurumların nümayəndələrinin iştirakı ilə işçi görüş və iclasların yalnız xüsusi zərurət olduqda keçirilməsi, dəvət olunanların sayının minimum həddə saxlanılması, onlara Palatanın inzibati binasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməsi qaydası barədə dəvət edən məsul şəxslər tərəfindən əvvəlcədən məlumat verilməlidir.

3.3. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu profilaktiki tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3.4. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının Auditorlar Palatasının əməkdaşları arasında yayılmasının qarşısının alınması və bununla əlaqədar müvafiq sanitariya-epidemioloji tədbirlərin gücləndirilməsi ilə əlaqədar hər üç aydan bir Palatanın inzibati binasında dezinfeksiya işləri aparılmalıdır.

3.5. Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri vətəndaşları qəbul edərkən bu Qaydanın 3.1-ci bəndinə ciddi riayət etməlidirlər.