2020-ci il 20 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının distant qaydada videokonfrans şəklində növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. 2019-cu ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi barədə;

2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu barədə;

3. 2020-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması barədə;

4. Tənzimləyici təsirin təhlilinə dair illik planın hazırlanması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunması barədə;

5. Azərbaycan Respublikasının Vergi və Mülki Məcəllələrinə, digər qanunvericilik aktlarına dəyişikliklərin layihəsinin hazırlanması və müvafiq qaydada təqdim edilməsi barədə.

Qalareya