2020-ci il 21 fevral tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir.

2020-ci il 21 fevral tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 2019-cu il üzrə Palataya üzvlük haqqının ödənilməsi vəziyyəti barədə;

2. 2019-cu ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin monitorinqinə dair icmal-təhlil barədə;

3. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinə əmək haqqının müəyyən edilməsi barədə.

 

Qalareya